Keçmiş məhkum narkotiklə tutuldu

img

19-03-2020 [10:27]


Mingəçevir Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nzirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər Mingəçevir şəhər sakini, məhkum olunmuş Ceyhun Qurbanov saxlanılıb. 

Şəxsi axtarış zamanı ondan bir bükümdə narkotik vasitə olan heroin və kibrit qutusunda 7,61 qram qurudulmuş marixuana aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq C.Qurbanovun yaşadığı evə də baxış keçirilib. Oradan 21,284 qram heroin və sellofan torbada 2 kq 155 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR