Türkiyədən daha 107 Azərbaycan vətəndaşı gətirildi

img

18-03-2020 [19:26]


Azərbaycanın milli aviadaşıyıcısı martın 18-də Azərbaycan vətəndaşlarının Türkiyədən qaytarılması üçün daha bir çarter reysi yerinə yetirib.

Mia.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” açıqlama yayıb.

Bildirilib ki, "AZAL Antalya-Bakı reysi ilə 107 nəfər sərnişini vətənə gətirib: "Bu təyyarə ilə Türkiyənin üç şəhəri - Antalya, Alanya və İzmirdə qalmış Azərbaycan vətəndaşları qayıda biliblər".

Xatırladaq ki, daha əvvəl Türkiyədən beş çarter reysi ilə 1 098 nəfər Azərbaycan vətəndaşı gətirilib.

Məlumata görə, Azərbaycanın milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR