UEFA Gənclər Liqasını dayandırdı

img

18-03-2020 [16:45]


UEFA Gənclər Liqasında 1/8 və 1/4 final mərhələlərinin 17-20 apreldə keçirilməsi planlaşdırılan oyunları təxirə salıb.

Bununla bağlı qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə bu addım atılıb.

Matçların yeni tarixi barədə qarşıdakı günlərdə məlumat veriləcəyi qeyd olunub.

Qeyd edək ki, UEFA daha əvvəl Çempionlar Liqasında 1/4 final mərhələsinin "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya), "Yuventus" (İtaliya) - "Lion" (Fransa), "Barselona" (İspaniya) - "Napoli" (İtaliya), "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) görüşlərini, AL-in 1/8 final mərhələsinin martın 19-da keçirilməli olan cavab qarşılaşmalarını qeyri-müəyyən müddətə təxirə salıb. Həmçinin, AVRO-2020-nin vaxtı 2021-ci ilin yayına, Millətlər Liqasının qarşılaşmaları martın 26-dan iyunun 2-nə, finallar isə martın 31-dən iyunun 6-na keçirilib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR