İnam Kərimov “Aqrar Tədarük və Təchizat” ASC-nin sədri vəzifəsinə kimi təyin edəcək?

img

18-03-2020 [14:05]


Kənd Təsərrüfatı Nazirliyinin tabelyində olan “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsinə hələ rəsmi təyinat olmayıb.

Bu barədə Mia.az-a KTN-dən məlumat daxil olub.

Bildirilib ki, nazir İnam Kərimov ötən həftə İH-nin sədri Leyla Məmmədovanı vəzifəsindən azad etsə də, hələki bu posta  təyinat imzalamayıb: "Bu vəzifəini hələ də müvəqqəti olaraq KTN-nin aparat rəhbəri Aqil Quliyev icra edir. Bildiyiniz kimi, Leyla Məmmədova təhvil-təslim üçün ASC-də müavin postuna keçirilib".

Məsələ ilə bağlı həm ASC-dən, həm də KTN-dən məlumat almaq mümkün olmayıb.

Yeri gəlmişkən, Leyla Məmmədova YAP Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızının bacısı qızıdır.

Xatırladaq ki, L.Məmmədovanın vəzifədən çıxarılma xəbərini də ilk olaraq Mia.az yayıb..

https://www.mia.az/w985621/inam-kerimov-deputatin-bacisi-qizini-isden-cixardi-ktn-de-daha-bir-deyisiklik-2020-03-16-105138

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub