Bakıda mağazalar və gözəllik salonundan oğurluq edən iki nəfər saxlanıldı

img

18-03-2020 [12:52]


Bakıda mağazalar və gözəllik salonundan oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 17 və 18-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən A.Həsənov saxlanılıb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun daha bir mağazadan 2 900 manat oğurlaması da müəyyən edilib.

Davam etdirilən tədbirlərlə onun R.Dadaşzadə ilə birgə bir gözəllik salonundan 2 000 manat, 1 700 ABŞ dolları, 500 avro pul və 350 manat dəyərində qızıl üzük oğurlamaları da müəyyən edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR