Koronavirusun əlamətləri... - Həkimdən maraqlı açıqlamalar

img

18-03-2020 [12:31]


“Yeni koronavirusun əlamətləri digər tənəffüs yolu xəstəliklərinə oxşardır. Xüsusi əlamətləri yoxdur. Ümumdünya Səhiyyə Təşkilatının bu yaxınlarda verdiyi statistik rəqəmlərə baxsaq, yeni koronavirus üçün ən çox qeyd olunan əlamət qızdırmadır”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) cənub ərazi bölməsi üzrə koordinatoru, infeksion xəstəliklər uzmanı Fərrux Sədirov deyib.

O bildirib ki, xəstəliyin digər əlamətləri quru öskürək, yorğunluq, halsızlıqdır: “Digər sıralarda isə bəlğəm, nəfəs darlığı, boğaz və qarın ağrısı kimi əlamətlər yer alır”./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR