Azərbaycanda ölkədaxili sərnişin qatarlarının hərəkəti də dayandırıldı - Açıqlama

img

18-03-2020 [11:52]


Sabahdan martın 29-na qədər Bakı-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Bakı elektrik qatarları istisna olmaqla, ölkədaxili sərnişin qatarlarının hərəkəti dayandırılır.

Mia.az "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadıa xəbər verir ki, sabahdan bu istiqamətlər üzrə qatarların hərəkəti dayandırılacaq:: 

- Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı

- Bakı-Tbilisi-Bakı (Böyük Kəsikə kimi) sərnişin qatarı

- Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarı

- Bakı- Köçərli -Balakən-Bakı sərnişin qatarı

- Bakı-Astara-Horadiz-Bakı sərnişin qatarı

- Bakı-Yalama-Bakı elektrik qatarı

- Bakı-Şirvan-Hacıqabul-Bakı elektrik qatarı

Bu qatarlara alınan biletlər geri qaytarılarkən gediş haqqı məbləği tam şəkildə sərnişinlərə qaytarılır. Bu gün isə Bakıdan yola düşən ölkədaxili bütün qatarlar gündəlik qrafikə uyğun hərəkət edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR