Əfqan Muxtarlı Almaniyaya yollanıb - FOTOLAR

img

18-03-2020 [11:15]


Ötən gün azadlığa çıxan Əfqan Muxtarlı Almaniyaya yollanıb.

Onu hava limanında ailə üzvləri, yaxınları qarşılayıb.

Qeyd edək ki, Ə. Muxtarlıya qarşı 2017-ci ilin mayında Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülmüşdü. O, Balakən rayon Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Martın 17-də isə Suraxanı Rayon Məhkəməsində onun cəzasının qalan hissəsinin azad edilməsi ilə bağlı müraciətə baxılıb. Məhkəmənin qərarı ilə Ə.Muxtarlının cəzasının qalan hissəsi şərti hesab olunaraq azadlığa buraxılıb. /Bakupost

Əfqan Muxtarlının azadlıqdan - Fotoları

Əfqan Muxtarlının azadlıqdan - Fotoları


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA