"Koronavirus bəşəriyyət üçün həm böyük təhlükə mənbəyi, həm də bir sınaqdır" - Vitse-spiker yazır
17-03-2020 [23:59]
Adil ƏLİYEV,
Milli Məclisin sədr müavini
***
Koronavirus bəşəriyyət üçün həm böyük təhlükə mənbəyi, həm də bir sınaqdır. Təxminən hər yüz ildən bir bəşəriyyət oxşar virusla üzləşir.
3 ay əvvəl Çində başlayan epidemiya başqa qitələrdə və dövlətlərdə yaşayanları o qədər də narahat etmirdi, bir çoxları təhlükənin sovuşacağını düşünürdü. Bu gün isə mənzərə tamamilə fərqlidir, koronavirus az qala dövlətlərin tamamını öz cənginə alıb, hətta uzaq və qarlı Qrenlandiyada virusa yoluxan var.
Azərbaycanda da virus aşkarlanıb. Panikaya əsas yoxdur. Sadəcə, laqeyd də qalmamalı, özümüzü və cəmiyyətimizi mövcud təhlükədən qorumağa çalışmalıyıq. Dövlətimizin gördüyü tədbirlərə tam dəstək verirəm. Özünü demokratiyanın beşiyi sayan Qərb dövlətləri belə insan azadlıqlarını müvəqqəti məhdudlaşdırmağa qərar veriblər. Önəmli olan insanların həyatını xilas etməkdir.
Allaha şükür, Qərb dövlətlərindəki ağır vəziyyət Azərbaycanda müşahidə olunmur. Ancaq bu o demək deyil ki, narahat olmamalıyıq, əksinə yalnız preventiv tədbirləri gücləndirməklə koronavirus adlı təhlükədən qurtula bilərik. Buna görə də həm Milli Məclisin, həm də Nazirlər Kabinetinin həyata keçirdiyi tədbirlər dəstəklənməlidir. Lazım olmadıqca, evdən bayıra çıxmayaq, restoran, çayxana və böyük dükanlara getməyək. Təəssüf ki, bəzi hallarda bunun tərsini müşahidə edirik.
Məsələn, Təhsil Nazirliyi məktəb və ali təhsil ocaqlarında tədrisə ona görə ara verib ki, övladlarımız evdən kənara çıxmasın. Ancaq hələ də “Mall”arda, çayxanalarda və “playstation”-lərdə gənclərimizə rast gəlmək olur.
Bir daha buradan gənclərə müraciət edirəm: lütfən, bir müddət bayıra çıxmağa, dostlarla müxtəlif məkanlara getmək vərdişinə ara verin! Çünki bununla ətrafınızdakıları da təhlükə altına atmış olursunuz!
Koronavirusla bağlı toy və yas mərasimlərinin keçirilməsi qadağan olunub. Doğru qərardır. Hesab edirəm ki, hətta virus təhlükəsi tamamən sovuşduqdan sonra da bəzi alışqanlıqlarımıza son qoymalıyıq! Dəbdəbəli və israfçı toy və yas mərasimlərindən imtina etməyi zəruri sayıram. Bundan başqa, kişilərin bir-birləriylə qucaqlaşması (öpüşməsi) vərdişindən də qurtulaq! Qarşımızdakı əziz insandırsa, onunla çiyinlərimizi bir-birinə yaxılaşdırmaqla görüşək və s.!
Bu arada, virusla mübarizədə yaşlı insanlarımız ən həssas qrup sayılır. Yaşlı insanlarımızı qorumalıyıq! Bu məqsədlə seçildiyim dairədə həmişə olduğu kimi Novruz bayramında evlərə çatdırmaqla yaşlı nəsilə ərzaq dəstəyimizi əsirgəməyəcəyik.
Bununla bərabər, onun üzərində də düşünmək lazımdır ki, indiki həssas məqamda yaşlı insanlara daha hansı yardımı və dəstəyi edə bilərik? Koronavirusla bağlı bir çox ölkələrdə marketlərdən ərzağın evə çatdırılması xidməti işə düşüb. Azərbaycanda da bu haqda müzakirələr başlayıb. Aydındır ki, hər şəhərdə, hər rayonda, hər küçədə və hər binada yaşlı insanlara marketlərdən ərzağın çatdırılması həmin marketdə çalışanların imkanı xaricindədir. Hələ ki, bu işlə peşəkar səviyyədə məşğul olan şirkətlərimiz də çox deyil. Belə isə biz bu işə gəncləri səfərbər edə bilərik. Onsuz da dərslərə ara verilib. Dövlət başçısının 2020-ci ili “Könüllülər ili” elan etdiyini nəzərə alaraq, hazırki həssas məqamda könüllülər qrupunun yaradılması məqsədəuyğun olardı. Həmin könüllülər marketlərdən, o cümlədən aptektlərdən ərzaq mallarının və dərmanların yaşlı insanlara çatdırılmasını təmin edə bilərlər.
Əvvəldə yazdığım kimi, koronavirus hamı kimi bizim üçün də sınaqdır və bu sınaqdan dövlətimizin və millətimizin üzüağ çıxacağına əminəm...
MİA.AZ
“Sabah” “Araz-Naxçıvan”ı 4 qolla məğlub etdi
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...