Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə əlavə səlahiyyət verildi - Sərəncam

img

17-03-2020 [21:52]


“Dəniz limanı üzrə məcburi qaydalar” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  tərəfindən təsdiq ediləcək.

Mia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 161 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.

"Dəniz limanı üzrə məcburi qaydalar” Azərbaycan və ingilis dillərində nəşr olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR