Dövlət Miqrasiya Xidməti yeni funksiya yaratdı: "Ölkədə olan əcnəbilərin müvəqqəti qeydiyyatı uzadılacaq"

img

17-03-2020 [20:06]


Dövlət Miqrasiya Xidmətinin (DMX) saytında koronavirus epidemologiyası ilə bağlı yeni funksiya yaradılıb.

Mia.az xəbər verir ki, bunu DMX-nın rəisi Vüsal Hüseynov "Facebook" hesabından etdiyi canlı yayımda deyib.

V.Hüseynov bildirib ki, koronavirusa görə ölkədə qalma müddəti bitmiş əcnəbi vətəndaşlar sabahdan xidmətin saytında yeni bölməyə daxil ola və bu müddəti rahat uzada bilərlər:

“Ölkədə müvəqqəti qalma müddətinin uzadılması üçün sərhədi keçməyə ehtiyac yoxdur. Mövcud vəziyyət nəzərə alınaraq, müraciət edən vətəndaşların ölkədə müvəqqəti qalma müddəti sərhədi keçmədən uzadılacaq.

Ölkədə qalma müddəti bitən vətəndaşlar üçün müddətin uzadılması məsələsinə Miqrasiya Xidməti müsbət yanaşır. Buna görə də vətəndaşlar ölkədə müvəqqəti qalma müddətinin uzadılması ilə bağlı Miqrasiya Xidmətinə müraciət etsinlər. Eyni zamanda, həmin vətəndaşlar sayta daxil olub, elektron xidmətlərdə ölkədə müvəqqəti qalma müddətinin uzadılması hissəsinə klik etməlidir.

Daha sonra “koronavirusa görə gedə bilmədi” bölməsini seçməlidirlər. Bu vəziyyət Miqrasiya Xidməti tərəfindən nəzərə alınacaq". 


Digər xəbərlər
SON XƏBƏRLƏR