Bakıdakı daha bir Avropa çempionatı təxirə salındı

img

17-03-2020 [17:46]


27-31 mayda Bakıda keçirilməsi planlaşdırılan kişilər arasında idman gimnastikası üzrə Avropa çempionatı təxirə salınıb.

Beynəlxalq Gimnastika Federasiyası xəbər verir ki, Bakıdakı yarışla yanaşı, bir neçə turnir ləğv olunub.

Qitə çempionatı Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterlidir. Bildirilib ki, yeni tarixlərlə bağlı aprelin sonlarında ətraflı məlumat veriləcək.

Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qayıbov yarışları təxirə salınması ilə bağlı açıqlama verib: "Əsas narahatlığımız hər zaman gimnastların, onların yaxınlarının, azarkeşlərin və tərəfdaşlarımızın təhlükəsizliyi və rifahıdır. Mövcud vəziyyəti nəzərə alaraq, bu vacib hadisələrin təxirə salınmasının ən yaxşı variant olduğunu düşünürük".


Digər xəbərlər
SON XƏBƏRLƏR