Ankarada qalan 157 Azərbaycan vətəndaşı Bakıya gətirildi

img

17-03-2020 [16:53]


"Azərbaycan Hava Yolları" QSC (AZAL) hökumətin tapşırığı ilə Türkiyə ərazisindən Azərbaycan vətəndaşlarının gətirilməsi üçün bu gün Bakı-Ankara-Bakı istiqaməti üzrə çarter reysi yerinə yetirib.

Mia.az xəbər verir ki, bu barədə  AZAL açıqlama yayıb.

Bildirilib ki, artıq 157 nəfər vətənə gətirlib: "Daha əvvəl 15 və 16 mart tarixlərində İstanbuldan Bakıya 711 ölkə vətəndaşı gətirilib. Azərbaycanın milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcək. Vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşları hal-hazırda olduqları yer üzrə səfirliklər və ya konsulluqlara müraciət etməlidirlər".


Digər xəbərlər
SON XƏBƏRLƏR