Karantin rejiminin pozulmasına görə cərimələr müəyyənləşdi - Məbləğlər

img

17-03-2020 [13:29]


Azərbaycanda epidemiya əleyhinə rejimin, sanitariya, gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcək.

Məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə bununla bağlı təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, hüquqi şəxslər 2 min manatdan 5 min manatadək cərimələnəcək. Yaxud işlərin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə həbs tətbiq olunur.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR