Binəqədidə maşınları və qadını soyan şəxslər saxlanıldı

img

17-03-2020 [12:14]


Binəqədi rayonu ərazisində ayrı-ayrı şəxslərə məxsus əsasən “VAZ 2121” markalı avtomobillərin şüşəsini sındıraraq oğurluq edən şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, zərərçəkənlərdən daxil olan çoxsaylı şikayətlər əsasında Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Əli Kazımov tutulub.

Saxlanılan şəxs avtomobillərdən oğurluq edərkən ərazidə olan kameralar vasitəsi ilə də onun əməlləri lentə alınıb. Ə.Kazımov ifadəsində bildirib ki, “Niva”lardan oğurladığı səs gücləndirici, maqnitafon və s. əşyaları onlayn alış-veriş saytlarında satışa çıxarıb.

Binəqədi RPİ-nin 5-ci PB əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat nəticəsində ötən ilin dekabrında rayon ərazisində bir qadına qarşı törədilən soyğunçuluq hadisəsinin də üstü açılıb.

Belə ki, həmin vaxt naməlum şəxs zərərçəkənin mobil telefonunu əlindən alaraq hadisə yerindən yayınmışdı. Tədbir zamanı həmin cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Mehdi Zeynalov tutulub.

Qeyd edək ki, hadisə zamanı zərərçəkən qadın yaşadığı yerə getmək üçün olduğu məkana taksi sifariş edib. Zərərçəkən şəxs sürücüyə yeri izah etməkdə çətinlik çəkdyi üçün təsadüfən rastlaşdığı Mehdi Zeynalova mobil telefonu verərək ondan kömək istəyib. O, isə əvəzində qadının telefonunu ələ keçirərək hadisə yerindən qaçıb.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində 5-ci Polis Bölməsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR