Boks üzrə Avropa çempionatı təxirə salındı

img

17-03-2020 [10:31]


Boks üzrə gənclər arasında Avropa çempionatı koronavirus pandemiyası səbəbindən təxirə salınıb. 

Mia.az Report-a istinadla xəbər verirr ki, Avropa Boks İttifaqı aprelin 22-dən mayın 3-dək keçirilməli olan yarışın vaxtını dəyişib.

Yerli Təşkilat Komitəsi və digər müvafiq orqanların hesabatlarını nəzərə alan qurum çempionatın 15 - 27 mayda təşkil olunmasına qərar verib. Lakin koronavirusla bağlı durumu daim nəzarətdə saxlayan təşkilat turnirin vaxtını yenidən dəyişə biləcəyini də istisna etmir.

Qeyd edək ki, Avropa çempionatı Monteneqronun Budva şəhərində keçirilməlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR