“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin nəticələri açıqlanıb
16-03-2020 [16:52]
“Yüksəliş” müsabiqəsi onlayn mərhələnin hər iki imtahanı uğurla başa çatıb.
Müsabiqədən Mia.az-a verilən məlumata görə, ilk dəfədir keçirilməsinə baxmayaraq, onlayn mərhələdə 7 059 nəfərin iştirak etməsi müsabiqənin ictimaiyyət arasında böyük maraq doğurduğunu göstərir.
Eyni zamanda iştirakçı sayının çoxluğu “Yüksəliş” müsabiqəsində böyük rəqabətin olduğunu deməyə əsas verir.
Xatırladaq ki, müsabiqədə qeydiyyatdan keçənlərin sayı 9 775 nəfər olub. Növbəti mərhələyə onlardan 976 nəfər (10%) buraxılıb.
Öncədən də bildirildiyi kimi, müsabiqədə ədalətli rəqabəti təmin etmək məqsədilə test sualları dünyada qəbul olunmuş T-bal şkalası ilə qiymətləndirilib. Təyin edilən norma bütün iştirakçıların sualları cavablandırma nəticələrinin əsasında müəyyən edilir, yəni blok və variant üzrə çoxlu sayda suallara doğru cavab verən iştirakçıların sayı artdıqca T-bal nisbətən aşağı, belə iştirakçıların sayı azaldıqca T-bal nisbətən yuxarı olur. Bir qədər də sadələşdirsək, sizin ümumi olaraq neçə suala düz cavab verməyinizlə yanaşı, düzgün cavab verdiyiniz hər suala sizdən başqa neçə nəfərin düzgün cavab verdiyi önəmlidir. Müsabiqədə toplanılan maksimal bal 709 olub. 700 baldan yuxarı yalnız 2 nəfər toplaya bilib: 706 və 709 bal. 650 baldan yuxarı 51 nəfər, 600 baldan yuxarı 440 nəfər nəticə göstərə bilib. Maksimal T-balın, o cümlədən keçid balının 572 olması bir daha təsdiq edir ki, müsabiqədə ümumilikdə rəqabət güclü olub.
976 iştirakçının 572 baldan yuxarı nəticə göstərməsini sevindirici hal kimi qeyd etmək istərdik. Bu göstərici müsabiqəyə qoşulan iştirakçıların bilik və bacarıqlarının ümumilikdə yüksək olduğunu təsdiqləyir.
Müsabiqənin növbəti mərhələsinə buraxılan bütün iştirakçılara uğurlar arzulayır və bundan sonra da yüksək intellektual potensiallarını nümayiş etdirəcəklərinə əminliyimizi bildiririk. Eyni zamanda onlayn mərhələdə iştirakını başa vuran iştirakçılara təşəkkür edirik. İnanırıq ki, növbəti müsabiqələrdə onlar yenə bizimlə olacaq və daha böyük uğurlara imza atacaqlar.
125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR