Bu şəxslər təhsil haqlarından azad ediləcək - "Təhsil haqqında” qanuna növbəti dəyişiklik

img

16-03-2020 [12:18]


Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin ilk iclası keçirilib.

İclasdakı məsələlər barədə komitə sədri Bəxtiyar Əliyev məlumat verib.

O bildirib ki, iclasın gündəliyinə çıxarılan məsələlərdən biri “Təhsil haqqında” qanuna dəyişiklik layihəsidir:

“Qanunun 14-cü maddəsinə (Təhsil müəssisələri) təklif olunan dəyişikliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Qanunun 21-ci maddəsinə (Orta ixtisas təhsili) təklif edilən dəyişiklik layihəsinə əsasən, orta ixtisas təhsili əsasən kolleclərdə və ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində həyata keçirilir və subbakalavr peşə-ixtisas dərəcəsinin verilməsi ilə başa çatacaq”.

Bundan əlavə, iclasda “Elm haqqında”, “Peşə təhsili haqqında”, "Sərhəd mühafizə orqanları haqqında", “Lisenziyalar və icazələr haqqında” qanunlara dəyişikliklər də müzakirə edilib.

Dəyişiklik layihələri müzakirələrdən sonra plenar iclasa tövsiyə olunub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR