Elman Rüstəmov: “Amerika iqtisadiyyatı asqıranda, Avropa iqtisadiyyatı sətəlcəm olur”

img

16-03-2020 [09:23]


“Bu yaxınlarda biz Sinqapur iqtisadiyyatında müəyyən prosesləri tədqiq etdik. Araşdırdıq, Sinqapurun iqtisadiyyatında müəyyən problemlər yaranır”.

Bunları REAL TV-yə müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

E.Rüstəmovun sözlərinə görə, tapdıqları cavab Çinlə bağlı olub:

“Çox maraqlı amil tapdıq. Gördük ki, bütövlükdə Sinqapur iqtisadiyyatı Çin iqtisadiyyatına çox böyük həcmdə, çox yüksək səviyyəli elmi-texniki xidmətlər göstərir. Artıq bu xidmətlərin həcmi kifayət qədər azalmağa başlayıb. Nəyə görə? Çünki Çin özü artıq çox ciddi elmi-innovativ infrastrukturunu yaradıb.

Vaxtilə məlum məsəl vardı: “Amerika iqtisadiyyatı asqıranda, Avropa iqtisadiyyatı sətəlcəm olur”. Bu, 70-80-ci illərdə iqtisadçılar arasında yayılmışdı. Bu gün də Çin iqtisadiyyatı həm məcazi, həm də birbaşa mənada xəstələnəndə onun bütövlükdə dünya iqtisadiyyatına – qlobal iqtisadiyyata, qlobal ticarətə və onunla əlaqədar olaraq beynəlxalq əmtəə bazarlarına, o cümlədən də enerji daşıyıcılarına, neftin qiymətinə çox ciddi təsir göstərmə potensialı var”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub