Siyavuş Novruzov: "Yalandan ajiotaj yaradırlar, az qalır durub oynasınlar"

img

13-03-2020 [15:50]


“Bu gün yalandan ajiotaj yaradırlar. Neftin qiymətinin düşməsi və digər tədbirlərlə əlaqədar dövlət lazımi addımları atır”.

 Bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, əsasən xaricdə olan mətbuat orqanları bu məsələləri şişirdir: “Az qalır ki, durub oynasınlar. Bu gün neftin gəlirlərindən dövlət tərəfindən çox böyük işlər görülür. Hesab edirəm ki, mütəxəssislər televiziyaya çıxıb insanlara deməlidir ki, həmin ajiotajlara inanmasınlar. Bu məsələdə insanlarımız narahat olmasınlar. Dövlət və dövlət başçısı insanların yanındadır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR