Azərbaycan Milli Kitabxanası bağlandı

img

12-03-2020 [11:00]


Azərbaycan Milli Kitabxanası koronavirus təhlükəsi ilə əlaqədar ölkədə həyata keçirilən tədbirlər çərçivəsində oxuculara xidməti martın 11-dən etibarən müvəqqəti dayandırıb.

Bu barədə Milli Kitabxanadan Mia.az-a verilən məlumata görə, kitabxana qeyri-müəyyən vaxta qədər oxuculara xidmət göstərməyəcək.

Bununla yanaşı, Milli Kitabxananın onlayn xidmətlərindən http://anl.az/new/az/attention/39 (Metodiki xidmət, Biblioqrafik sorğu, Sənədlərin sifarişi və elektron çatdırılması) istifadə etmək mümkün olacaq: "Milli Kitabxananın əməkdaşları var qüvvəsi ilə çalışır. Xahiş edirik, Sizə lazım olan resursları əldə etmək üçün Milli Kitabxananın onlayn xidmətlərinə yazın. Ölkədə fəaliyyət göstərən digər kitabxanalar da istifadəçilərin sorğularını ödəmək üçün Milli Kitabxananın onlayn xidmətlərinə müraciət edə bilərlər".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR