"Avromed"in baş direktorunun əri həbs edilib - "Bandotdel"in əməliyyatının təfərrüatı + FOTOLAR

img

11-03-2020 [20:19]

Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (BMCQMİ) xüsusi əməliyyatı nəticəsində saxlanılan tibbi maskaları real dəyərindən dəfələrlı baha qiymətə satışını həyat keçirməyə cəhd edən dəstə ilə bağlı yeni məlumat yayılıb.

Mia.az Yenisabah.az-a istinadla xəbər verir ki, bu həbs həyata keçirilən zaman yayılan rəsmi informasiyada maska “tacir”lərinin 1 milyon maskanı hansı şirkətdən əldə etməsi haqda heç bir məlumat yox idi. Bu da ictimaiyyətdə xeyli suallara səbəb olmuşdu. 

Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, saxlanılanlardan biri olan Riad Məmmədov "Avromed" şirkətinin baş direktoru Əzizə Baxşiyevanın həyat yoldaşıdır. Həmçinin bildiirilir ki, Riad Məmmədov da bu sahəyə yad adam deyil. O, həmçinin aptek müdiridir.  

"Avromed"ə gəlincə, bu şirkətin sahibi deputat Cavanşir Feyziyevdir. O, parlamentin oliqarx deputatlar kateqoriyasına aid edilir.

Daha bir məlumata görə isə saxlanılanların içərisində daha iki məşhur dərman idxalı şirkətinin əməkdaşı var. 

Həbs olunan “maska” tacirlərinin biri Əzizə Baxşiyevanın həyat yoldaşıdır

Digər xəbərlər
SON XƏBƏRLƏR