Metroda cibgirlik edən şəxs tutuldu
 

img

11-03-2020 [12:24]


Paytaxt polisi tərəfindən cibgirlik yolu ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən şəxslərin müəyyən olunaraq tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, BŞBPİ, Metropolitendə Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində martın 3-də metronun "28 May" metrostansiyasında A.Ə-nın içərisində 80 manat və sənədlər olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan 55 yaşlı A.Niyazov tutulub.

Faktla bağlı şübhəli şəxs ətrafında əməliyyat-axtarış tədbirləri davam etdirilir, onun digər analoji əməllərdə iştirakı istisna olunmur.


Digər xəbərlər
SON XƏBƏRLƏR