Gürcüstanda Novruz şənlikləri ləğv olundu

img

10-03-2020 [20:29]


Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Qardabani və Marneuli rayonlarında Novruz bayramı münasibətilə keçirilməsi nəzərdə tutulan şənliklər ləğv olunub.

Bu barədə hər iki rayon bələdiyyəsinin yaydığı məlumatda bildirilib.

Rayonlarda bu ay ərzində bütün kütləvi tədbilər koronavirusun yayılması təhlükəsinin qarşısının alınması məqsədilə keçirilməyəcək.

Bununla yanaşı, Qardabani və Marneuli bələdiyyələrində vətəndaşların qəbulu da müvəqqəti olaraq məhdudlaşdırılıb.

Qeyd edək ki, hər il Marneuli və Qardabani rayonlarında Novruz bayramına həsr olunan ənənəvi el şənlikləri keçirilirdi. 

Xatırladaq ki, qonşu ölkədə bu günə qədər koronavirusa 15 yoluxma halı təsdiqlənib. Hazırda karantində 178, stasionar nəzarətdə isə 56 nəfər saxlanılır/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR