2 hakimin səlahiyyətinə xitam verildi, 7-si azad olundu, 18-i haqda isə" -  MHŞ-dan yeni qərarlar

img

10-03-2020 [18:01]


Məhkəmə-Hüquq Şurası bir neçə hakimi cəzalandırıb.

Mia.az xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə Məhkəmə-Hüquq Şurasının iclasında qərar qəbul edilib

Qərara əsasən, Şuranın sədri, keçirilən iclasda Lerik Rayon Məhkəməsinin hakimi Atabəy Kiçibəyova töhmət verilib: "Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Nağıyevaya və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Ayaz Məmmədova irad tutulub, bir neçə hakim barədə intizam icraatları başlanılıb.

Bundan başqa, 2 nəfərin səlahiyyətlərinə xitam verilib, 7 nəfər tutduğu vəzifədən azad olunub. 18 hakimin səlahiyyət müddəti uzadılmayıb". 


Digər xəbərlər
SON XƏBƏRLƏR