Eldar Əzizovun işçisi ilə keçmiş məhkəmə sədri körpə uşağı zorla anasının əlindən alıb - Şok detallar + FOTO
10-03-2020 [17:05]
Azərbaycanda keçmiş məhkəmə sədri uşağı zorla anasının əlindən alıb.
“Report”un xəbərinə görə, bu iddia ilə Bakıda yaşayan Rusiya vətəndaşı Samirə Bəşirova çıxış edib.
O söyləyib ki, Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin keçmiş sədri Çingiz Bəşirovun oğlu Tamerlan Bəşirovla evlidir.
Daha sonra qadınla T.Bəşirov boşanmaq üçün məhkəməyə üz tutublar. Boşanma ilə bağlı məhkəmə iclası aprelin 8-də keçiriləcək.
S.Bəşirova keçmiş məhkəmə sədri Ç.Bəşirovun onun 2017-ci il təvəllüdlü körpə qızının əlindən alındığını, Bakı Şəhər İcra Hakimiyyətində işləyən həyat yoldaşı T.Bəşirovla onun atası Ç.Bəşirovun qadına psixoloji və fiziki təzyiq etdiyini, uşağı əlindən aldığını, qaytarmadığını bildirib:

“Qızım Tamerlan və ailəsi tərəfindən qaçırılıb. Bu barədə bir neçə dövlət qurumuna müraciət etmişəm. Daha sonra öyrəndim ki, fevralın 29-da qızım atası və nənəsi ilə birlikdə parkdadırlar. Qızımı görmək üçün anam və bacımla həmin parka getdim. Lakin parkda Tamerlanla anası üstümə hücum çəkib itələdilər, qızımı da əlimdən almağa çalışdırlar. Bu zaman parka polis əməkdaşları gəldi və bizi 20-ci Polis Bölməsinə apardılar. Orada ərizə yazdıqdan sonra qızımı da götürüb evə gəldim. Martın 1-də həmin bölmənin təxminən 7-8 polis əməkdaşı evimə gəlib uşağı onlara verməyimi tələb etdilər. Sonra məlum oldu ki, qızımın atası polislərə hədə-qorxu gəlib ki, məndən uşağımı zorla alıb Tamerlana versinlər. Həmin şəxslər mülki geyimdə idilər. Onları polis bölməsində olan zaman tanıdım. Binaya daxil olan kimi polis əməkdaşları kameranı söndürdülər. Lakin həmin şəxsləri domofon vasitəsi ilə kameraya çəkdim. Qapını onlara açmadım. Lakin durmadan qapını döyürdülər. Mən DİN-in “102” Zəng Mərkəzi xidmətinə zəng vurdum. Ora digər polis əməkdaşları gəldi, həmin şəxslərlə danışdılar. Sonra mülki geyimdə olan polislər oradan uzaqlaşdılar. Daha sonra Nəsimi Rayon Polis İdarəsinin rəisinin qəbulunda oldum, ərizə yazıb, videonu onlara təqdim etdim. Bildirildi ki, araşdırma aparılacaq.
Martın 5-də Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi Elşən Bədəlzadə, İdarənin əməkdaşı Faiq Sayadlı, Nəsimi rayon Məhkəmə Tibbi Ekspertizasının eksperti Azər Mustafayev yaşadığım evə gəldilər, qızımı müayinə etdilər. Bu zaman mənzilin qapısı döyüldü və qapının arxasında 3 nəfər mülki geyimli şəxs var idi. Sonradan anladım ki, həmin şəxslər Tamerlan və Çingiz Bəşirovun göstərişi ilə gəlib, qızımı əlimdən alacaqlar. Dərhal qızımı götürüb uşaq otağına keçdim və qapını bağladım. Polislər evə zorla daxil oldular, mənim qolumdan tutdular, sonra Tamerlanı içəri çağırdılar və onlar qızımın ağlamasına baxmayaraq onu götürüb qaçdılar. Evdə bacımın ad gününü qeyd edirdik. Və evdəki qonaqları da polis bölməsinə zorla aparıldılar.

Elşən Bədəlzadə evdə qanunsuz axtarış apardı və təhlükəsizlik kameralarını və domofonu söküb özü ilə apardı. Onlar məni Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə aparıb izahatımı aldılar. Müstəntiq raportunda qanunsuz qeyd edərək bildirib ki, guya mən, anam, bacım və vəkilim qızımı zorla evdə girov saxlamışıq. Elşən Bədəlzadə evimdə qəsdən şərait yartdı ki, digər şəxslər evə girsinlər”.
S.Bəşirova qızının qaytarılmasını və evinə basqın edən polis əməkdaşlarının cəzalandırılmasını istəyir.
O, polislərin hərəkətləri ilə bağlı Bakı Şəhər Prokurorluğuna müraciət edib. Hazırda prokurorluq işi araşdırır.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin və yazıda adları çəkilən şəxslərin münasibətini öyrənmək mümkün olmayıb.
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb