Rusiya ilə Səudiyyə arasında neft savaşı böyüyür -  Ər-Riyad Moskvaya "öz dili" ilə cavab verdi

img

10-03-2020 [14:00]


Dünyanın ən iri neft-qaz şirkəti olan “Saudi Aramco” aprel ayında gündəlik neft tədarükünü 12,3 milyon barelədək artıracaq.

“Reuters” xəbər verir ki, bu barədə “Aramco” rəhbəri Əmin Nasir bildirib.

O, həmin rəqəmin istehsalat gücünü 300 min barel üstələdiyini deyib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı neft hasilatını indiyədək 9,7 milyon barel çərçivəsində saxlayırdı/Report.

Mia.az xəbər verir ki, bu qərar dünya bazarında neftin qiymətinin bir qədər də ucuzlaşmasına səbəb olacaq.

Onu da xatırladaq ki, son həftələr Rusiya ilə Səudiyyə arasında neft hasilatının artırılması ilə bağlı "savaş" gedir. 

belə ki, Səudiyyə Ərəbistanının neft hasilatını artıraraq qiymətləri endirmək cəhdi Rusiya iqtisadiyyatına zərbə vurub.

Rusiyanın “Rosneft” şirkəti də Ər-Riyada eyni şəkildə cavab verir və apreldə neft hasilatını artırmağı planlaşdırır:

“Şirkət hər cür ssenariyə hazırdır. “Rosneft” neft hasilatını həftədə gündəlik təxminən 300 min barrel artıra bilər”, - şirkətdə çalışan mənbə bildirib.

Qeyd edək ki, Rusiya Maliyyə Nazirliyi neftin qiymətinin 25-30 dollar arasında dəyişməsinə 6-10 il dözə biləcəklərini açıqlayıb.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR