İcra başçısı ilə rektor vəzifələrindən azad edildi - SƏRƏNCAMLAR

img

09-03-2020 [15:35]


Bu gün Prezident İlham Əliyev daha iki vəzifəli şəxsi postlarından azad edib.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Aqil Sadıq oğlu Məmmədov Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qeyd edək ki, A.Məmmədov fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərdə 123 saylı Kəlbəcər seçki dairəsindən deputat seçilib.

                                                                                ***

Prezidentin digər sərəncamı ilə Ceyhun Valeh oğlu Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsindən azad edilib.

Xatırladaq ki, C.Məmmədov 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat seçilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR