“Sabina” parfümeriya mağazalar şəbəkəsində qadını döyüblər

img

09-03-2020 [14:49]


Bakıda mağazadan oğurluğa cəhd olub.

“Report”un xəbərinə görə, hadisə martın 8-də (Beynəlxalq Qadınlar Günü) “Sabina” parfümeriya mağazalar şəbəkəsinin Nizami küçəsində yerləşən mağazasında qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü V.Plotnikova 31 manat dəyərində dodaq boyası oğurlamaq istəyib. Bu zaman qadın mağazanın işçiləri tərəfindən yaxalanıb və aidiyyəti üzrə polis bölməsinə təhvil verilib.

Daha sonra V.Plotnikova polis bölməsində bildirib ki, mağazanın satıcısı Xəyalə adlı şəxs tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:59 24.05.2020

NANKORLUQ...