Kəmaləddin Heydərovun müavini vəzifədən çıxarılıb? - Generalla bağlı maraqlı xəbər yayıldı, nazirin özü isə.. + Rəsmi Açıqlama. 

img

09-03-2020 [11:58]


Nazim Məmmədovun adına Fövqəladə Hallar Nazirinin müavinləri siyahısında rast gəlinmir.

Unikal.org xəbər verir ki, Fövqəladə Hallar Nazirinin müavini, general-leytenant Nazim Məmmədovun adı nazir Kəmaləddin Heydərovun müavinləri siyahısından çıxarılıb. 

Xatırladaq ki, N. Məmmədov 2018-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Fövqəladə Hallar nazirinin müavini təyin edilib.

Qeyd edək ki, hazırda müavinlər siyahısında  Rəfail Mirzəyev, Faiq Tağızadə, Etibar Mirzəyev, Ragim Lətifov, Orucəli Hacıyev, Teymur Mehdiyev və Tapdıq Əmiraslanovun adı yer alıb. 

Mia.az-ın əldə etdiyi məlumata görə, son aylar K.Heydərov yalnız iki adamı qəbul edir, onlarla saatlarla məsləhətləşir. Bunlardan biri müavini R.Mirzəyev, digəri isə sabiq deputat Hacı Salayevdir: "Nazir onlardan başqa kimsəni qəbul etmir".

                                                                                 ***

"Nazim Məmmədovun adının siyahıdan çıxarılmasına dair yayılan məlumatlar həqiqəti əks etdirmir."

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva məlumat verib.

Onun sözlərinə görə, anlaşılmazlığa səbəb Nazirliyin rəsmi saytında yaranan texniki problem olub:

“Müvəqqəti yaranan texniki problem səbəbindən Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Nazim Məmmədovun adı siyahıda görünməyib. Nazir müavinləri siyahısında heç bir dəyişiklik yoxdur. "

Mia.az

 


Digər xəbərlər
SON XƏBƏRLƏR