Murad Dadaşov Tolikin verilişini bağladı: "Ona deyildi ki..." - "Xəzər TV" açıqlama yaydı

img

07-03-2020 [20:32]


“Xəzər Televiziyasına yeni təyin olunmuş Baş direktor Murad Dadaşovun rəhbərliyi ilə peşəkar mütəxəssislərdən ibarət yaradıcı qrup formalaşdırılıb. Bu qrup televiziyanın efirində yayımlanan verilişlərin məzmun və keyfiyyətini nəzərdən keçirir”.

Mia.az “Xəzər” TV-yə istinadla xəbər verir ki, keçirilən ilk iclasda “Hər şey daxil” verilişinin yayımının dayandırılmasına qərar verilib, aparıcı Tarix Əliyev və verilişin komandasına isə yeni telelayihənin hazırlanması tapşırılıb:

“Qeyd edək ki, yaradıcı heyət televiziyanın proqram siyahısına daxil olan bütün layihələrin monitorinqini aparmaqda və keyfiyyət analizini həyata keçirməkdədir. Monitorinqlərin nəticəsindən asılı olaraq digər verilişlərdə də məzmun dəyişikliklərinin ediləcəyi istisna olunmur.

Media orqanı olaraq bəyan edirik ki, növbəti televiziya mövsümündən, yəni cari ilin payızdan etibarən “Xəzər” TV daha məzmunlu, dolğun, əhatəli və xalqımızın milli mənəvi dəyərlərinə uyğun yeni telelayihələrlə tamaşaçıların görüşünə gələcək” .


Digər xəbərlər
SON XƏBƏRLƏR