Koronavirusu 29 dəqiqəyə təyin etmək mümkün olacaq

img

07-03-2020 [14:27]


Çinin Milli Tibbi Ləvazimatlara Nəzarət İdarəsi yeni növ koronavirusun diaqnostikasının nəticələrini 29 dəqiqəyə əldə etməyə imkan verən test sistemini təsdiqləyib.

“Sinhua” agentliyi xəbər verir ki, sistem Syamin Universitetinin mütəxəssislərinin rəhbərliyi ilə tədqiqatçı qrup tərəfindən hazırlanıb.

Ondan kliniki hallarda, yoluxma şübhəsi hallarında və yüksək riskli qruplar üçün müayinələrdə istifadə etmək olar. Həkimlər kliniki sınaqları COVID-19-un yayılma ocağı olan Uhan şəhərindəki xəstəxanalarda keçiriblər.

Son məlumatlara görə, Çinin materik hissəsində yoluxanların sayı 80,6 min nəfəri keçib, 3 070 nəfər ölüb, 55,4 mindən çox adam müalicə nəticəsində sağalıb, 335 nəfər isə Çindən kənarda koronavirusun qurbanı olub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR