Manaf Ağayevin Elza haqqında "əgər kişi olsaydı, gecə ilə həll edərdim" dediyi sözə cavab gəldi - Qalmaqal
06-03-2020 [20:51]
Əməkdar artist Elza Seyidcahanın “Gəncləri korlayan Manaflar, Mətanətlər var” fikirlərindən sonra sənətçilər arasında söz davası davam edir.
Bu dəfə Manaf Ağayev efirdə Elzaya cavab verib və bildirib ki, qadın olduğu üçün onu bağışlayır, "əgər bunu kişi desəydi, gecə ilə həll edərdim".
Mia.az xəbər verir ki, Moderator.az-a açıqlamasında Elza Seyidcahan sənətdə kişi-qadın müqayisəsini qabartmağın önəmli olmadığını, sənətdə ancaq sənətdən danışmağın lazım olduğunu bildirib:
“Sənətdən söhbət gedirsə, kişi-qadın “razborka”sı nəyə lazımdır? Sənətdə ancaq sənətdən danışsaq daha yaxşıdır. Manafla sözüm ona görə oldu ki, Tarix Əliyevin verilişində mənə sual verdi ki, “gənclərin musiqi zövqünü necə formalaşdırmalıyıq? Gəncləri dəstəkləyən Manaf var”.
Mən isə cavabımda dedim ki, gəncləri pozan Manaflar, Mətanətlər var. Bu cavabı deməyə hər halda statusum, səlahiyyətim çatmasa idi, düzgün cavab verə bilməzdim. Mən özümə vurğun olub dostumu zəhərləmək üçün demədim bunu. Əksinə, onu sənətkar bildim və istədim ki, o da bizə qoşulsun. Mən alicənab cavab verdim.
Təəssüflər olsun ki, bu alicənablığa vəfasızlıq qatırlar. “Bizə çörək lazımdır, sənət yox” deyilən yerdə məncə, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü kimi, Əməkdar artist olaraq susmaq çox böyük bir günahdır. Mən hər zaman ancaq sənətdən söhbət edib müzakirələrə səbəb olmuşam. Əslində, bu yaxşıdır, sənətdə müzakirə yaradıb düz məxrəcə gəlirik. Heç vaxt bəziləri kimi lazımsız söhbətlərlə gündəmə gəlməmişəm. Kim bizim səhnəmizə, sənətimizə şiddət göstərəcək, onda qarşısında bizim kimi dürüst, doğru söz söyləyən sənətçiləri görəcək”.
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb
Bakıda iməcilik və ağacəkmə aksiyası keçiriləcək
"...yardımımızı davam etdirməyə hazırıq" - ABŞ-dan rus sülhməramlılarının Qarabağı tərk etməsinə reaksiya
Bələdiyyədə hər yerə gizli kameralar yerləşdirilib: "Hər yerdə "böcək" və gizli kameralar var..."
Xankəndidə yenə silah-sursat aşkarlanıb
Müğənni pensiya azlığından şikayətləndi: "O pula qalsa, işləmək məcburiyyətindəyəm"
Ərdoğanın "qapı açıqdır" mesajına CHP lideri Strasburqda cavab verdi: "Yaxın günlərdə üzbəüz görüşəcəyik"
TƏBİB rəhbəri Arzu Bəndəliyevanı baş həkim təyin edib
Türkiyə parlamentində deputatların sayı azalıb - Səbəb
Ağdamda minaatan qurğular tapılıb
Çempionlar Liqasında nəhəng komanda və məşqçilərin döyüşü: "Real Madrid" penaltilərlə rəqibini "yedi"
Çempionlar Liqası: "Bavariya" ingilis klubunu əliboş yola saldı
İsrail ordusu Livanın cənubunu fasiləsiz bombalayır - Dağıntılar var
XİN-dən xəbərdarlıq: "Livana getməyin!"
Türkiyə ordusu İraqa girir, 30 km-lik neytral zolaq çəkiləcək: "Hədəfdə iki bölgə var"
Başlıbel qətliamından 31 il ötür
Körfəz ölkələrində sel: 18 nəfər ölüb - 10-u tələbədir
Yaponiyada ard-arda zəlzələ olub
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə Pakistana başsağlığı verib - 63 nəfərin ölümü ilə bağlı
Qərb ölkələrinin səfirləri Gürcüstan Prezidenti ilə görüşüb - FOTO
Azərbaycanla daha bir ölkə arasında viza tələbi qaldırılır
Prezident İlham Əliyev Şuşa ilə bağlı sərəncam imzalayıb
Çingiz Abdullayev sağalıb - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Əfv Komissiyası toplandı: daha 100-dən artıq müraciətə baxılıb
Hərbi Hava Qüvvələri təlimdə - VİDEO
Yunanıstanda etiraz: işçilər bir günlük işə çıxmayacaq
Daha bir prezident COP29-a dəvət olunub
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
Eldar Əzizov müxalifətin mitinq tələbinə "yox" dedi
Daha bir sabiq deputat vəfat edib