Seymur Verdizadə "Yenisabah.az"ın Baş redaktoru oldu

img

06-03-2020 [20:10]


Tanınmış jurnalist Seymur Verdizadə Yenisabah.az saytının baş redaktoru təyin olunub.

Mia.az xəbər verir ki, bu barədə saytın baş direktoru Elnur Məmmədli məlumat yayıb.

Qeyd edək ki, S. Verdizadə Türkiyənin nüfuzlu Qazi Universitetinin məzunudur.

1998-ci ildən peşəkar jurnalist fəaliyyəti ilə məşğuldur.

Ölkənin ən nüfuzlu qəzetlərində və saytlarında çalışıb. ATV, Xəzər TV, Space və ARB-nin ən reytinqli verilişlərinin eksperti olub.

2008-ci ildən Jurnalist Araşdırmaları Mərkəzinin sədridir.


Digər xəbərlər
SON XƏBƏRLƏR