YAP-ın 11 milyon manata yaxın gəliri var

img

06-03-2020 [18:48]


Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında YAP-ın 2019-cu ilə dair gəlirləri və xərcləri barədə hesabat dinlənilib.

Mia.az xəbər verir ki, 2019-cu ildə Yeni Azərbaycan Partiyasının gəlirləri 10 668 284 manat olub.

Bunun 9 309 025 manatını üzvlük haqları, 1 359 259 manatını büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən Yeni Azərbaycan Partiyasına düşən pay təşkil edib.

Yeni Azərbaycan Partiyasının hesabına daxil olan maliyyə vəsaitinin 5 307 213 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əməkhaqqının ödənilməsinə, 884 663 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, xeyriyyə aksiyalarına, 91 515 manatı ezamiyyə xərclərinə, 163 376 manatı nəqliyyat vasitələrinin alınmasına, 281 053 manatı mebel və ofis avadanlıqlarının alınmasına, 214 214 manatı təmir işlərinə, 481 232 manatı kommunal və təsərrüfat xərclərinə, 300 908 manatı yanacaq və avtomobillərə xidmət işlərinə, 75 862 manatı bank xidmətinə, 57 607 manatı dəftərxana xərclərinə, 49 790 manatı çap işlərinə, 234 171 manatı kredit ödənişinə, 270 194 manatı isə sair xərclərə sərf edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR