Azərbaycan fermerlərinə  51,3 milyon subdidiya ödənilib 

img

06-03-2020 [11:50]


Bu ilin əvvəlindən indiyə qədər Azərbaycan fermerlərinə payızlıq əkinlərə görə 51,3 milyon manat subdidiya ödənilib. 

Mia.az Kənd Təsərrüfatı Nazirliyinə istinadla xəbər verir ki, bu məbləğ 155 537 fermerə çatıb. 

Fermerlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etdikləri torpaq məlumatları və payızlıq əkin bəyanları yoxlandıqca onların adlarına kart sifariş verilir və subsidiya karta köçürülür. Bununla bağlı fermerin mobil telefonuna SMS mesaj, şəxsi kabinetinə isə bildiriş göndərilir.

İndiyə qədər EKTİS-də 474 520 fermer, 596 887 təsərrüfat qeydiyyatdan keçib. Fermerlərdən 361 307-si EKTİS-də 993 718 hektar payızlıq əkin məlumatı bəyan edib. 

Əkin sahələri ilə bağlı rəqəm yekun deyil. Bir neçə günə yazlıq əkinlərlə bağlı da fermerlərdən bəyanların toplanmasına başlanılacaq. Proses may ayının sonunadək davam edəcək. Bu müddət ərzində hansısa səbəbdən EKTİS-də qeydiyyatdan keçməmiş, yaxud əkinini bəyan etməmiş fermerlər qeydiyyat və bəyan prosedurunu tamamlaya bilərlər. Gecikmiş müraciətlər də yoxlamaya yönləndiriləcək, yoxlama proseduru başa çatdıqdan subsidiyalar həmin fermerlərin kart hesablarına köçürüləcək.

Fermerlərin növbəti payızlıq əkinlərini bəyan etmə müddəti isə sentyabrın 1-dən başlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR