Pərviz Şahbazov “OPEC plus” nazirlərinin iclasında iştirak edəcək

img

05-03-2020 [10:19]


Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Məhəmməd Sanusi Barkindonun dəvəti ilə Energetika naziri Pərviz Şahbazov Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edib.

Energetika Nazirliyindən Mia.az-a verilən məlumata görə, nazir martın 6-da keçiriləcək OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 8-ci görüşündə iştirak edəcək.

“OPEC plus” nazirlərinin Vyana görüşündə qlobal neft bazarının vəziyyəti müzakirə ediləcək və martdan sonrakı dövr üçün hasilat səviyyəsinə dair qərarın qəbulu məsələsinə baxılacaq.

Qeyd edək ki, 2019-cu ilin 6 dekabrında OPEC və qeyri-OPEC nazirlərinin 7-ci iclasında “OPEC plus” üzrə gündəlik neft hasilatının daha 500 min barel azaldılması barədə qərar qəbul edilib. Bu Razılaşmaya uyğun olaraq, Azərbaycanın öhdəliyi daha 7 min barel artırılaraq 27 min barel müəyyən edilib. “Əməkdaşlıq Bəyannaməsi”nin icrası 2020-cu ilin mart ayının sonunda başa çatır.


Digər xəbərlər
SON XƏBƏRLƏR