"Ənənəvi cəsarət əvəzinə isə qorxu əldə etmişik" - Gürcüstanın prezidenti

img

04-03-2020 [16:34]


“Aqressiya, nifrət və təhqir Gürcüstan cəmiyyətində dəyərlər sistemini dəyişdirib”.

Bunu Gürcüstanın prezidenti Salome Zurabişvili parlamentdə illik hesabatla çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, birgə güc və resurslarla Gürcüstanın gələcəyi barədə düşünmək, yeni təşəbbüs və ideyalar irəli sürmək əvəzinə ölkə yerində dayanıb və dairə ətrafında hərəkət edir:

“Biz barışıq əvəzinə aqressiya, sevgi əvəzinə nifrət, nəzakət əvəzinə təhqir, həmrəylik əvəzinə eqoizm, ənənəvi cəsarət əvəzinə isə qorxu əldə etmişik. Gürcüstan mədəniyyətinin köklərindən gələn dəyərlər bu gün ya tam, ya da qismən inkar edilir və cəmiyyət müəyyən depressiyadadır”.

Dövlət başçısının sözlərinə görə, bunların hamısı ona görə baş verir ki, cəmiyyəti siyasi ehtiraslar daha çox maraqlandırır və enerjisini bu istiqamətə yönəldir.

Qeyd edək ki, S.Zurabişvilinin illik hesabatını baş nazir Giorgi Qaxaria başda olmaqla hökumət üzvləri, diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri də dinləyib. Müxalif deputatlar isə plenar iclasda iştirak etməyiblər, belə ki, onlar qanunverici orqanı boykot etməkdə davam edirlər/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR