Zahid Oruc Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi fondunun baş direktoru ilə görüşüb

img

04-03-2020 [15:55]


Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri Zahid Oruc Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi fondunun baş direktoru Konstantin Abramovla görüşüb.

STM-dən Mia.az-a verilən məlumata görə, görüşdə ictimai rəyin öyrənilməsi sahəsində hər iki mərkəzin təcrübəsindən danışılıb, bu tədqiqatların dövlət-vətəndaş münasibətlərində mühüm rolu qeyd olunub.

K.Abramov ÜİRÖM-nin keçdiyi uzun yol, son illərin mühüm nailiyyətləri, tədqiqatlarda müasir metodların tətbiqi sahəsində qazanılmış uğurlardan söz açıb. Qonaq qeyd edib ki, müasir qloballaşan dünyada sosial tədqiqatların tətbiq olunmadığı idarəetmə sistemlərini təsəvvür etmək qeyri-mümkündür. Bu cəmiyyətlə dövlət arasında daha mütəhərrik, effektiv qarşılıqlı münasibətlərin qurulmasına yönəlmiş universal vasitədir.

Öz növbəsində Z.Oruc çox qısa zamanda STM-in gördüyü işlər, ictimai məkanda tutduğu yer, həyata keçirilən sorğular, eyni zamanda qarşıda duran mühüm vəzifələrdən söz açıb.

Tərəflər ötən il bağlanmış tərəfdaşlıq sazişini rəhbər tutaraq birgə layihələrin həyata keçirilməsinin Azərbaycan və Rusiya dövlətləri arasında mehriban münasibətlər nöqteyi-nəzərindən də əhəmiyyətini təsdiqləyiblər. Qarşıdan gələn müddət ərzində işçi qrupun yaradılması, birgə tədqiqat layihələrinin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Habelə Rusiya tərəfinin uzun illik təcrübəsindən yaranmış, ictimai rəyin öyrənilməsinin innovativ, effektiv mexanizmlərinin işlənib hazırlanması və tətbiq olunması məsələsi ətrafında fikir mübadiləsi edilib, bu sahədə birgə konkret fəaliyyətlərin həyata keçirilməsi haqqında razılaşma əldə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR