"Bizə durmaq, dincəlmək haramdır" - Ərdoğandan sərt mesaj

img

04-03-2020 [14:07]


"Suriyada yeni acılar, yeni faciələr getdikcə artır. Bu günə qədər rejim 3200-dən çox hərbçisini, 160-a yaxın tankını, çoxlu sayda reaktlərini itirib. Bizim savaşmayı bilməyən deyil, savaşmaq istəməyən bir ölkə olduğumuzu bir kəs daha hər kəsə sübut etdiyimizə inanıram".

Mia.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Ərdoğan partiyasnın toplantısında deyib.

O, Türkiyə düşmənlərinin bu dəfə də bacarmayacaqlarını vurğulayaraq, qeyd edib ki, Türkiyə həm öz təhlükəsizliyini, həm də suriyalı məsumların həyatlarını qurtarmaq üçün məcburi əməliyyata girib: "Əgər biz o ərazilərdən çəkilərsək, terrorçular birbaşa ölkəmizi hədəfə alacaqlar. Türkiyəni soxmaq istədikləri bu cəndərədən qurtaracaıq. O zaman Türkiyənin yolu açılacaq, yeni bir dönəm başlayacaq. Türkiyə hədəfinə çatana qədər bizə durmaq, dincəlmək haramdır".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR