Türk ordusu İdlibdə daha iki şəhid verdi - 6 yaralı var

img

04-03-2020 [13:01]


Türk Silahlı Qüvvələrinin Suriyanın şimalında İdlib bölgəsində həyata keçirdiyi “Bahar qalxanı” əməliyyatı zamanı türk əsgərlərdən ikisi həlak olub, altısı yaralanıb.

Mia.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, hazırda bölgədə qarşı tərəfə aid müəyyən edilən hədəflər vurulur.

Bildirilib ki, əməliyyatlar başladığı gündən indiyədək Suriya tərəfinə aid 3 təyyarə, 8 helikopter, 151 tank, 24 maşın olmaqla bir çox hərbi texnika məhv edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR