"Ən Ucuz Market"lər şəbəkəsində qanunsuzluqlar üzə çıxdı - Nazirlik açıqlama yaydı + Detallar

img

04-03-2020 [12:52]


Vergi ödəyiciləri tərəfindən əmək münasibətlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməməsi hallarının aradan qaldırılması məqsədilə vergi orqanları tərəfindən nəzarət tədbirləri davam etdirilir.

Vergilər Nazirliyindən Mia.az-a daxil olan məlumata görə, aparılmış nəzarət tədbirləri nəticəsində Sumqayıt şəhərində yerləşən "Ən Ucuz Market"lər şəbəkəsinə daxil olan 7 obyektdə əmək müqaviləsi olmadan ümumilikdə 33 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması halları aşkar edilib. Həmin obyektlərin hər birində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulduğu və faktiki sahələrinin vergi orqanlarına təqdim edilmiş uçot sənədlərində bəyan edildiyi göstəricilərlə müqayisədə daha yüksək olduğu qeydə alınıb.

Baki şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsində yerləşən, Cəlilov Elşən Firdovsi oğluna məxsus tikiş sexində aparılan vergi nəzarəti tədbirləri zamanı isə 16 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb olunduğu aşkar edilib. Həmçinin müəyyən edilib ki, vergidən yayınmaq məqsədilə vergi ödəyicisi fəaliyyət göstərdiyi obyekti vergi orqanlarında qeydiyyatdan keçirməyib.

Qeyd olunmalıdır ki, işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin sayı 10 nəfərdən çox olduğu halda, cinayət tərkibi yaranır.

Vergilər Nazirliyi bildirir ki, işəgötürənlər işçilərin əmək müqaviləsi əsasında işə cəlb olunması ilə bağlı qanunvericiliyin tələblərinə əməl etməli, habelə mal və pul vəsaitlərinin uçotdan gizlədilməsi hallarına yol verməməlidirlər. Vergi orqanları dövriyyələrini gizlədərək vergidən yayınan şəxslərin aşkar edilməsi məqsədilə vergi nəzarəti tədbirlərini davam etdirir və bir daha xəbərdarlıq edir ki, qanun pozuntularına yol verilməsi və vergidən yaynma hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq, intizamsız vergi ödəyicilərinə qarşı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəkdir.

Vətəndaşların nəzərinə bir daha çatdırılır ki, əmək müqaviləsinin bağlanması, ilk növbədə, işçilərin sosial maraqlarının təmin olunmasına yönəldilib. İşçilər əmək müqaviləsi olmadan və ya işəgötürənlər tərəfindən onlara ödənilən qeyri-leqal əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar. Əmək müqaviləsi olmayan və əməkhaqqını qeyri-leqal alan işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin ödənilməməsi ilə rastlaşır və ən əsası, gələcəkdə pensiya təminatından məhrum olurlar. İşəgötürənlə əmək müqaviləsi bağlamaqla və yalınız rəsmi əməkhaqqı ödəməyi tələb etməklə hər bir işçi öz gələcəyini indidən düşünmüş olur.

Bu marketlər şəbəkəsi işçiləri əmək müqaviləsiz işlədir - FotolarBu marketlər şəbəkəsi işçiləri əmək müqaviləsiz işlədir - FotolarBu marketlər şəbəkəsi işçiləri əmək müqaviləsiz işlədir - Fotolar


Digər xəbərlər
SON XƏBƏRLƏR