"Siyasi məsləhətçiləri onu batırdı" - Tramp

img

04-03-2020 [10:09]


ABŞ-ın hazırkı Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının namizədi kimi 9 ştatda keçirilən ilkin seçkilərin (praymeriz) qalibi olub.

D.Trampın ilkin seçkiləri qazandığı ştatlar Alabama, Arkanzas, Vermont, Kolorado, Massaçusets, Oklahoma, Şimali Karolina, Tennessi və Texasdır.

Bundan sonra D.Tramp “Twitter”də təşəkkür sözləri yazıb. O, həmçinin rəqibi Maykl Blumberqə də post həsr edərək onu bu çərşənbə axşamının ən böyük uğursuzu adlandırıb.

"“Siyasi” məsləhətçiləri onu batırdı. Təxminən, 700 milyon ABŞ dolları yer üzündən silindi. Məhz buna görə, o, “Mini Mayk” təxəllüsü aldı və nüfuzunu tamamilə məhv etdi”, - D.Tramp yazıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR