"Brent” markalı neftin qiyməti bahalaşdı

img

03-03-2020 [19:49]


ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) qərarı neft qiymətlərinə də təsir göstərib. 

"Interfax" xəbər verir ki, "Brent” markalı xam neftin qiyməti 3% bahalaşıb.

Belə ki, bu markadan olan neftin bir barelinin aprel ayı üçün fyuçerslərinin qiyməti Londonun ICE birjasında 1,66 ABŞ dolları (3,2%) artaraq 53,56 ABŞ dolları olub.

Bundan başqa WTI markalı neftin də qiyməti Nyu-Yorkun NYMEX birjasında 1,15 ABŞ dolları (2,46%) artaraq 47,9 ABŞ dollarına yüksəlib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR