ABŞ Suriya xalqına 108 milyon dollarlıq humanitar yardım edəcək

img

03-03-2020 [17:57]


ABŞ Suriya xalqına 108 milyon ABŞ dolları dəyərində humanitar yardım edəcək.

Bunu ABŞ-ın Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus deyib.

Məlumatda ABŞ-ın BMT baş katibi Antonio Quterrişin humanitar yardım məqsədilə Suriya və Türkiyə arasında əlavə sərhəd-keçid məntəqəsinin açılması təklifini dəstəklədiyi qeyd olunub/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR