Ermənistanda Avropaya miqrasiya təşkil edən dəstə aşkarlandı

img

03-03-2020 [15:06]


Ermənistan vətəndaşları müxtəlif yollarla ölkədən getməyə çalışırlar.

 Ermənistan Milli Təhlükəsizlik Xidməti 20-dən çox vətəndaşın qanunsuz miqrasiyasını təşkil edilməsi hadisəsini aşkarlayıb.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, 2018-ci ilin iyulundan 2020-ci ilin fevralınadək Yerevan və Araqasotn vilayətinin 20-dən çox sakininin hər birindən Avropa İttifaqı ölkələrinə qanunsuz miqrasiya üçün 3 500-3 800 avro alınıb. Bu məqsədlə cinayətkarlar saxta sənəd hazırlayıb, onları Avropa ölkələrinin Yerevandakı səfirliklərinin verdikləri viza ilə “Şengen zonası” ölkələrinə göndəriblər.

Bildirilib ki, cinayətkar dəstənin üzvlərindən biri tutulub. Qrupun qalan üzvləri Ermənistan ərazisini tərk edib.

Fakt üzrə cinayət işi başlanılıb./Report 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR