Almaniyada koronasvirusa yoluxanlar çoxalır

img

03-03-2020 [14:34]


Almaniyada koronavirusa yoluxma halları 180-ə çatıb.

Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, yoluxmaların qeydə alındığı 13 federal əyalət arasında ən böyük olan Şimali Reyn Vestfalia 92 nəfərlə irəlidədir. 

Koronavirusun ölkədə ilk təsdiqləndiyi Bavariyada 35 nəfərdən 14-ü sağalıb. Həmçinin Baden Vürtemberq əyalətində 26, Hessendə 11 nəfər infeksiyaya yoluxub.

Bununla belə xəstəliklərin müşahidə və qarşısının alınmasına məsul rəsmi qurum olan Robert Kox İnstitutunun martın 2-nə olan məlumatına görə, Almaniyada təsdiqlənmiş yoluxma hallarının sayı 157-dir./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR