Cənubi Koreyada koronavirus daşıyıcılarının sayı kəskin artıb

img

03-03-2020 [13:06]


Cənubi Koreyada koronavirus daşıyıcılarının sayı kəskin artıb.

Bu barədə Cənubi Koreya Səhiyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Cənub-Şərqi Asiya ölkəsində daha 374 nəfərə koronavirus diaqnozu qoyulub.

Beləliklə, Cənubi Koreyada koronavirusa yoluxanların sayı 5 186 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 71 ölkə və regionu əhatə edir. 

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 91 000-ə çatıb. Bunların 48 238 nəfəri sağalıb, 3 120 nəfəri isə ölüb. 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də yeni növ pnevmoniyanın adını COVID-19 qoyub/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR