Röya koronavirusa görə konsertini təxirə saldı

img

03-03-2020 [10:55]


Müğənni Röyanın Bakı Konqres Mərkəzində keçirilməsi nəzərdə tutulan "Nazlı" adlı solo konsertinin tarixi dəyişdirilib.

Mia.az xəbər verir ki, bu barədə onun özü açıqlama verib.

Xalq artisi bildirib ki, nəzərdə tutulan 4 günlük solo konsertin hər birində 3 000-dən çox tamaşaçının iştirak edəcəyini nəzərə alaraq Azərbaycanda və bütün dünyada aparılan profilaktik tədbirlərə və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı tövsiyəyə uyğun olaraq bu qərarı verib.

Xalq artisti solo konsertinin yeni tarixi barədə əlavə məlumat veriləcəyini qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR