Zaqatalada elektron qolbaq daşıyan şəxs “Belka” markalı silahla tutuldu - FOTO

img

02-03-2020 [13:35]


Zaqatala rayon sakinindən yivli silah götürülüb. 

Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində yivli silah saxlamaqda şübhəli bilinən Zaqatala şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş və hazırda elektron qolbaq daşıyan Əşrəf Hacızadə saxlanılıb. 

Onun şəhər ərazisində yaşadığı evə baxış keçirilən zaman “Belka” markalı odlu silah aşkar edilərək götürülüb. O, ifadəsində həmin silahı satmaq məqsədində olduğunu bildirib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində Ə.Hacızadə barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR